Oğuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb

16:18 - 8 Dekabr 2018 - HADİSƏ

Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 48-BC-340 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə, 36-BF-473 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti