Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

13:00 - 8 Dekabr 2018 - Xəbər

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan tarixindəki əhəmiyyətli rolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan sosial, iqtisadi, siyasi və hərbi baxımdan çox çətin vəziyyətdə idi: "Bütün bu çətinliklər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri sayəsində qısa müddətdə aradan qaldırıldı. Ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanılması, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunması, ölkəmizin digər dövlətlər arasında layiqli yer tutması Heydər Əliyevin uzaqgörənliyi və praqmatik siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur”. Daha sonra Tahir Tağızadə Prezident İlham Əliyevin ümummilli liderin layiqli davamçısı olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü işlər və son dövrlərdə ölkəmizdə keçirilən layihələr haqqında danışıb.report

Xəbər xətti