OPEC ölkələri razılığa gəldi

21:20 - 7 Dekabr 2018 - DÜNYA

OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər 

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilə nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər. “Report” xəbər verir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji naziri Süheyl əl-Məzrui OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyana görüşünün yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.

Bununla yanaşı, görüş iştirakçıları sözügedən razılaşmanı İran və Venesuelaya sanksiya tətbiqi, Liviyaya də ölkədə silahlı qarşıdurmanın davam etdiyi üçün istisna qaydasında şamil etməməyə razılıq veriblər.

Xəbər xətti