Masallıda "Mercedes" qaz xəttinə çırpıldı, sürücü öldü

23:10 - 6 Dekabr 2018 - HADİSƏ

Masallı rayonunda yol qəzası baş verib. Hadisə rayonun Öncəqala kəndi ərazisində olub. Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb. Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.trend

Xəbər xətti