Ana səhifə
12 Dekabr 2018

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Milan səfəri çərçivəsində ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan- İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də Cənubi Qaz Dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Tarix
6 Dekabr 2018 [20:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin