Ana səhifə
25 Sentyabr 2018

Elçin Hüseynov fahişəxana çıxan çay evindən danışdı

Məsələ ilə bağlı Ucnoqta.az saytına özü zəng edən Elçin Hüseynov bunları deyib.

 

 

“Bu çay evi mənə məxsusdur və mən hər zaman özümdə orda oluram. Yəni səhərdə, axşamda gəlsəniz məni həmin çay evində taparsız. Hamı mənim şəxsiyyətimi mənliyimi, ətrafımdakı dostlarımı bilir. Nə qədər xeyirxah işlər görürəm. İndi necə ola bilər ki, belə bir insan nadürüst əməllərlə məşğul olsun. İndi siz düşünün mən özüm oturub çay içdiyim otaq necə fahişəxana ola bilər? Bu məni gözü götürməyən insanların yaydığı dezinformasiyadır. Sabah saat 1 tamamda elə həmin çay evində mən bütün kütləvi informasiya vasitələrinə bu xəbərin kimlər tərəfindən mətbuata yaydğını açıqlayacam. Heçvaxt ola bilməz ki, mənə məxsus abyekt belə tərbiyəsiz formada fəaliyyət göstərsin."

 

 

*****

 

15:20

 

Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb.

 

 

Ucnoqta.az DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb.

Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki “New Life” çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.

Qeyd edək ki, sözügedən çay evi mediada tez-tez reklam olunurdu və məşhur ulduzların sevimli məkanı olduğu bildirilirdi.

 

*****

 

14:30

 

Ucnoqta.az saytı xəbər verir ki, bu gün DİN-in  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əmliyyat nəticəsində Binəqədi rayonu ərazisində yerləşən “New Life” çay evinin fahişəxana kimi istifadə edildiyi məlum olmuşdu

 

Ucnoqta.az saytının əldə etdiyi məlumatlara görə, New Life cay evi Xaçmaz rayon sakini Heybət Nemətovun tərəfindən işlədilsədə adıçəkilən çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur. Hətta o New Life çay evinin açılışınıda bir çox məşhurlarla etmişdir.

 

(əlavə məlumat verəcəyik)

Tarix
10 Oktyabr 2014 [15:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin