Roma papası gələn il BƏƏ-yə səfər edəcək

19:08 - 6 Dekabr 2018 - DÜNYA

Roma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidmətinin rəhbəri Qreq Berk məlumat verib.

O, katolik kilsəsinin ruhani başçısının “Bəşəri qardaşlıq” mövzusunda fevralın 3-5-də keçiriləcək beynəlxalq dinlərarası görüşdə iştirak edəcəyini diqqətə çatdırıb.

Bu səfərin həmçinin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib.

Xəbər xətti