Teatrdan Manafovla bağlı daha bir Açıqlama: "Mövzunu uzatmaq nəyə lazımdır”

13:19 - 6 Dekabr 2018 - Mədəniyyət

Səməd Vurğun adına Rus Dram Teatrı  Xalq artisti Fəxrəddin Manafovun işdən ayrılması barədə verdiyi açıqlamaya münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, teatrın direktor müavini İlham Məmmədov “Qafqazinfo”ya danışaraq məşhur aktyorun ittihamları ilə razılaşmır:

“Burada böyük bir problem yoxdur. O, bizim teatrın aktyorudur. Bir neçə saat sonra geniş açıqlama yayacağıq. Biz Fəxrəddin Manafovu teatra vaxtında dəvət etmişik ki, burada işləsin. Biz onu çıxarmaq üçün işə gətirməmişik ki…Doğurdan da, o, istedadlı şəxsdir.

Manafov açıqlama verib ki, teatr özünü PR etmək üçün onun adını afişalara salır, artıq pul qazanmaq istəyir. Bu, düzgün deyil. Rus Dram Teatrı ən yaxşı teatrlardan biridir. Bizə belə şeylər lazım deyil. Bundan başqa, Xalq artistimiz üçün iki tamaşa təqdim etmişdik. Birini özü istəmədi, digər tamaşada isə səhnəyə çıxdı. Xaricdən rejissor filan da tamaşa üçün dəvət etmişdik. Bu mövzunu uzatmaq nəyə lazımdır”. 

Xəbər xətti