Sabahın havası açıqlanıb- yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.

Tarix
6 Dekabr 2018 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin