Ana səhifə
18 Dekabr 2018

Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır

Vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Qeyd etmək yerinə düşər ki, referendum xalq hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli forması kimi demokratiyanın mühüm institutudur. Son referendumda əldə edilən nəticələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi. Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə Konstitusiya dəyişikliyində prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri yaradılıb. Onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.  Bu 1031  -cü maddə ilə tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. Konstitusiyanin  1061 - cı maddəsilə Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı tənzimlənir.
Bu maddənin I hissəsində qeyd edilir ki, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. II hissədəisə bildirilir ki, Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Maddənin digər hissəsində isə onun hansı halda həbs edilə bilməsi öz əksini tapıb və ona görə,  Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Daha sonra qeyd olunur ki, Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər(IV).

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına, təhlükəsizliyi isə xüsusi mühafizə xidmətləri tərəfindən təmin edir.
 Konstitusiyaya edilən əlavədən biri də dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsidir.Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər(Maddə 1101.).

Ümumiyyətlə, Konstitusiyaya əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin olunmasına, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Yenə də Konstitusiya islahatlarının böyük bir qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı olub. Belə ki, cəmiyyət inkişaf etdikcə vətəndaşların ölkəmizin siyasi, iqtisadi və sosial həyatında iştirakı genişlənir və yeni məzmun qazanır. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təminat mexanizmlərinin də zamanın tələblərinə uyğun təkmilləşdirilməsi labüd olur. Bu mənada Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsipləri əlavə edilib. Bu maddədə bildirilir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.  Bundan başqa 25-ci maddəyə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilib. Bu maddənin VI hissəsində qeyd olunub ki, sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar

Konstitusiyanın  32-ci maddəsindəə şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edilməsi; 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatının gücləndirilməsi və digər mütərəqqi əlavə və dəyişikliklər xüsusi qeyd olunmalıdır. Dövlət orqanlarının vətəndaşlara, onların hüquqları və azadlıqlarının müdafiəsinə münasibətdə məsuliyyətinin artırılması, hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi prinsipinin Konstitusiya normaları qismində təsbit edilməsi ölkəmizdə insan hüquqlarına və onların təmin olunmasına göstərilən yüksək diqqətin təzahürüdür
Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsinin yeni redaksiyada verilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsi ilə yanaşı, inzibati qaydada da müdafiəsinə təminat verilməsi, hər kəsin işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququnun, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququnun təsbit edilməsi olduqca mütərəqqi əlavələrdir. Bu, ölkəmizdə insan hüquqları və azadlıqlarının daha səmərəli və təsirli müdafiəsini, bütövlükdə məhkəmə hakimiyyətinin daha effektiv fəaliyyətini təmin edəcək, mümkün süründürməçilik hallarının qarşısını alacaq Konstitusiyanın əhəmiyyətli normalarından biridir.
Konstitusiyanın 68-ci maddəsinə əlavələr də insan hüquqları ilə bağlıdır. Bu maddəyə edilən əlavəyə görə, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Beləliklə, Azərbaycanda dövlət idarəçiliyi sisteminin daha da inkişafı məqsədilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkə Konstitusiyasının Preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlib. Xüsusilə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir

Tarix
6 Dekabr 2018 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin