Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları işçiləri peşə bayramlarını qeyd edir.

1881-ci il dekabrın 6-da “Nobel qardaşları cəmiyyəti” Azərbaycanda rəsmi olaraq ilk telefon xəttini istismara verib.  XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb. 

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar.report

Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir.

Tarix
6 Dekabr 2018 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-12-06 12:20:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin