Ana səhifə
18 Dekabr 2018

Azərbaycanlı gənc alimin adı dünyada yüksək istinad almış alimlərin Siyahısında

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” (Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb.

AMEA-dan Ucnoqta.az-a veriklən məlumata görə, alim bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış iki  məqalənin müəllifi nominasiyasına görə qazanıb. Məlumat üçün bildirək ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics – elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Onların sırasında Azərbaycandan Ə.Sucayevin də adı yer alır.

Bu münasibətlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirdə gənc alim Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reis təqdim edib.

Tarix
6 Dekabr 2018 [12:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin