Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb

12:12 - 6 Dekabr 2018 - DÜNYA

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

Bu barədə "Report" "Rustavi2" telekanalına istinadən xəbər verir. Polis ümumilikdə 2 nəfəri saxlayıb. Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atmağa başlayıblar. M.Qoqoçuri Amaşukeli prospektindəki bu mənzili kirayəyə götürüb.

Xüsusi əməliyyat dünən gecə keçirilib.

M.Qoqoçuri ilk dəfə ictimaiyyətin diqqət mərkəzinə düşmür. O, iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl, 2017-ci ilin yanvarında isə Qoqoçuri güllə yarası alıb.

Xəbər xətti