Ana səhifə
18 Dekabr 2018

Gürcüstandan qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb -Foto

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Tarix
6 Dekabr 2018 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin