Salyanda avtomobil aşıb, xəsarət alanlar var

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında yeni Ələt-Astara magistral yolunun 36-cı kilometrliyində, rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbə sakini 1975-ci il təvəllüdlü Qurbanov Mais Şahəddin oğlunun sürdüyü “Mercedes” markalı 01-BV-604 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirərək aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurbanova Aytən Füzuli qızı və Lənkəran sakini Ağayeva Mahirə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
5 Dekabr 2018 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-12-05 16:15:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin