Ana səhifə
12 Dekabr 2018

Azərbaycandan 500 qramdan çox qızıl məmulatının çıxarılmasının qarşısı alınıb

 Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Azərbaycandan gedən, Rusiya vətəndaşına məxsus "VAZ 21150" markalı avtomobil saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları müəyyən olunub. Belə ki, avtomobilin salonunda - arxa oturacağın arxasında olan gödəkçənin sağ yan cibindəki bir ədəd polietilen paketin içərisində, 137 qram 10 ədəd qızıl üzük-sırğa dəsti, 26 qram 2 ədəd qızıl qolbaq və 8 qram 1 ədəd qızıl üzük, ön sol oturacağın ayaq əyləcinin altındakı örtüyün arxasında - 2 ədəd polietilen paketin içərisində isə 223 qram 15 ədəd qızıl üzük-sırğa dəsti, 42 qram 6 ədəd qızıl üzük, 28 qram 3 ədəd qızıl qolbaq, 35 qram 5 cüt qızıl sırğa, 28 qram 4 ədəd qızıl boyunbağı və 6 qram 3 ədəd qızıl kulon aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Tarix
5 Dekabr 2018 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin