Ana səhifə
12 Dekabr 2018

142 - Çağrı mərkəzi 147 mindən çox müraciəti cavablayıb

2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 484 müraciət daxil olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər. Ümumi müraciətlərin 95,5 faizi və ya 12 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan  məsələlər isə  nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib.  

Tarix
5 Dekabr 2018 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin