Zaxarova: Milanda Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır

Milanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatın razılaşdırılması planlaşdırılır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib. “Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək. Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır”, - Zaxarova bildirib. 

Tarix
5 Dekabr 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-12-05 12:43:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin