Ana səhifə
12 Dekabr 2018

Prezidentin köməkçisi: "Ana dilimiz azərbaycançılıq idealogiyasının mühüm elementidir"

 "Unutmaq lazım deyil ki, Azərbaycan dili dövlətin əsas atributlarından biridir"

 "Hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu gün o qayğını göstərir". Bunu Azərbaycan Prezidentinin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dili əsas dövlət atributlarından biridir: “Yəni, dil haqqında danışanda ilk növbədə unutmaq lazım deyil ki, bu dil dövlətin əsas atributlarından biridir, qanunla qorunur, dövlətin hüquqi, siyasi statusunu daşıyır. Bundan başqa, ana dilimiz azərbaycançılıq idealogiyasının da mühüm elementidir, onun siyasi və sosial-mədəni dayağıdır".

O qeyd edib ki, dünyada yaşayan azərbaycanlıları bir-birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir: "Dövlət dili respublikada bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizm vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan yaradır. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.report

Tarix
5 Dekabr 2018 [12:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin