Ana səhifə
12 Dekabr 2018

Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

 "Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hər bir məmur milli dili bilməlidir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: "Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır". report

Tarix
5 Dekabr 2018 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin