Ana səhifə
12 Dekabr 2018

“Bakcell” “Bakutel-2018” sərgisində

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” “Bakutel-2018” sərgisində iştirak edib. 

“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers jurnalistlərə açıqlamasında qeyd edib ki, o, artıq ikinci ildir ki, Azərbaycandadır və “Bakutel-2018” sərgisində iştirak edir: “Hesab edirəm ki, bu sərgi Azərbaycanın telekommunikasiya məkanı üçün çox vacibdir. Biz “Bakcell” şirkəti olaraq hər dəfə bura qatılmaqdan böyük məmnunluq duyuruq. Stendlərimizi gəzərkən şirkətimizin təqdim etdiyi bir sıra məhsul və xidmətlərlə tanış olacaqsınız. Bu dəfə “Bakcell”in 4G internetinə daha çox vurğu etmişik. Bu da onunla bağlıdır ki, bir müddət əvvəl bu sahədə böyük bir mükafat almışıq”.

N.Beckers onu da qeyd etdi ki, 5G şəbəkəsi dünyada tətbiq edildiyi zaman “Bakcell” şirkəti də bu xidməti istifadəçilərinə təqdim edəcək: “5G şəbəkəsinin tətbiq edilməsi üçün lisenziya və tezliklər lazımdır, həmçinin bununla yanaşı dünya təcrübəsindən də asılıdır: “Təbii ki, bu, bir az vaxt aparan prosesdir. Amma ümumi olaraq, buna hazırıq. 2019-cu il ərzində ümumilikdə 4G şəbəkəsinin genişləndirilməsi və inkişafı üzərində işləyəcəyik. Düşünürəm ki, 5G dünyada 2020-ci ildən tez istifadəyə verilməyəcək. Bunun bir çox səbəbləri var. İlk öncə bunun üçün hər şeydən əvvəl bazarda 5G şəbəkəsini dəstəkləyən cihazlar mövcudluğu olmalıdır, çünki bir çox tənzimləmələr var. Gələn ilin sonuna qədər “Bakcell” Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırıb”.

Könül Oruc 

Tarix
5 Dekabr 2018 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin