Neftçalada minik maşını traktora çırpılıb, 1 nəfər ölüb

23:25 - 4 Dekabr 2018 - HADİSƏ

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü yerli sakin Qurbanov Vasif Vaqif oğlu rayonun Xıllı qəsəbəsində idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən qoşqulu traktora çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti