"Mançester Siti"ni avrokuboklardan kənarlaşdırıla bilər

20:56 - 4 Dekabr 2018 - İDMAN

UEFA İngiltərənin "Mançester Siti" klubunu maliyyə "fair-play" qaydalarını pozduğuna görə avrokuboklardan kənarlaşdırıla bilər.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, qurum klub barəsində araşdırmaya başlayıb. 

"Leaks Football" nəşri İngiltərə təmsilçisinin 2014-cü ildə maliyyə pozuntuları barədə məlumat dərc edib. Saytda bildirilib ki, sponsor mənfəəti olaraq göstərilən 60 milyon funt sterlinq "Mançester Siti"yə klubun ərəb sahiblərindən gəlib və Riyad Mahrezin transferində istifadə olunub.

Klubun bu və digər məsələlərdə maliyyə fırıldaqçılığına yol verdiyi sübut olunsa, UEFA komandanı avrokuboklardan məhrum edəcək. 

Xəbər xətti