"Qarabağ"dan rekord

Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ” - “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.

PFL-dən Ucnoqta.az-a verilən məlumata görə, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

“Qarabağ” həm də cari mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.

Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” “Sabah”ı 4 cavabsız qolla yenmişdi.

Tarix
4 Dekabr 2018 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin