Marek Hamşik: "Azərbaycan çətin rəqib deyil"

11:54 - 3 Dekabr 2018 - İDMAN

“Qrupumuzda Xorvatiya kimi çətin rəqib var.  Onlar favoritdirlər.  Dünya çempionatının gümüş mükafatçılarıdır".

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik  Avro-2020-nin püşkatmasını dəyərləndirərkən deyib. Təcrübəli yarımmüdafiəçi Slovakiya mətbuatına açıqlamasında yığmamızı asan rəqib adlandırıb. "Napoli"nin üzvü Azərbaycanla oyunda 6 xal qazanmalı olduqlarını bildirib:  “Fransada keçirilən Avropa çempionatında Uelslə başabaş mübarizə aparsaq da, bu komanda çox arzuolunmaz rəqibdir. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlıdır ki,  indiyə qədər Macarıstana qarşı oynamamışam. Qonşularımızla matçları səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Çoxsaylı fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik.

Azərbaycan isə çətin rəqib deyil. Ancaq onları qiymətləndirməyə bilmərik. Düzdür, altı xal almalı olduğumuz rəqibdir, lakin qeyd etdiyim kimi,  Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”.

Xəbər xətti