Türkiyə və Rusiya prezidentləri görüşüb

19:41 - 1 Dekabr 2018 - DÜNYA

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin G20 sammiti çərçivəsində görüşüb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, görüş mətbuata qapalı keçirilib. Ərdoğan görüşdən öncə “Vacib məsələlərdə görüşmək fürsətimiz oldu. İdliblə bağlı atmalı olduğumuz lazımi addımlar var” deyə bildirib.

Qeyd olunur ki, Türkiyə dövlət başçısı bu gün ABŞ prezidenti Donald Trampla ikinci dəfə görüşəcək.

Xəbər xətti