Messi üçüncü dəfə ən yaxşı oyunçu seçildi

22:16 - 30 Noyabr 2018 - İDMAN

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Barselona"nın hücumçusu Lionel Messi turun ən yaxşısı seçilib. O, azarkeşlər arasında səsvermədə Aryen Robben ("Bavariya"), Maksvell Korne ("Lion") və Dris Mertensi ("Napoli") qabaqlayıb. Bununla da 31 yaşlı futbolçu bu mövsüm 3-cü dəfə ən yaxşı oyunçu seçilib.

​Qeyd edək ki, L.Messi PSV-yə qalib gəldikləri oyunda (2:1) komandasının ilk qolunun müəllifi olub.

Xəbər xətti