G20 sammiti başlayıb

21:06 - 30 Noyabr 2018 - DÜNYA

Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammiti başlayıb.

İki gün davam edəcək sammitdə 19 ölkə lideri və Avropa Birliyindən olan nümayəndələr iştirak edir. Tədbirdə ümumilikdə 15 minə yaxın insan iştirak edir. Sammitin gedişini isə 3 mindən artıq jurnalist canlı izləyəcək. Sammitin sədri və Argentina Prezidenti Maurisio Makri sammitin keçirildiyi "Kosta Salquero" salonunda qonaqları qarşılayıb.
​Qarşılama mərasimindən dərhal sonra liderlərin iştirakı ilə "Ədalətli və Davamlı Gələcək" mövzusunda seminar keçiriləcək.modern.az

Xəbər xətti