Ana səhifə
10 Dekabr 2018

"Sammit"ə start verildi

Prezidentlər İlham Əliyev və Vladimir Putin artıq Minskdədir

 

 

Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçılarının növbəti sammiti başlayıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin artıq Minskdədir.

Sammit Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə keçirilir.

İclasın gündəliyində təhlükəsizlik, humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına istiqamətlənmiş 17 sənəd layihəsi yer alır. Minskdə MDB ölkələrinin sammitində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Əsasən də MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa diqqət yönəldiləcək. Sammitdə müzakirə olunacaq məsələlər arasında İŞİD təhlükəsi ilə bağlı MDB dövlət başçılarının mövqelərinin açıqlanması da yer alacaq.

 

MDB Dövlət Başçılarının Şura iclasında narkotiklərə beynəlxalq nəzarət sisteminin gücləndirilməsi, insan alverinə, qanunsuz miqrasiya ilə mübarizə, ümumi maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı sənədlərin imzalanması planlaşdırılır.

Tarix
10 Oktyabr 2014 [14:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin