Gürcüstan müxalifəti mitinqə hazırlaşır

23:32 - 29 Noyabr 2018 - DÜNYA

Gürcüstan müxalifəti bazar günü Tbilisidə mitinq keçirmək niyyətindədir.

Bunu Gürcüstanda keçirilmiş prezident seçkilərində müxalifət partiyasından namizəd Qriqol Vaşadze deyib. Q.Vaşadzenin sözlərinə görə, Rustaveli prospektində dinc nümayiş keçirməyi planlaşdırırlar: 
"Bununla biz bu hökumətə göstərmək istəyirik ki, əsl gürcü, əsl avropalı olmaq nə deməkdir".

​Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub. Yekun nəticəyə görə, prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qalib olub. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.

Xəbər xətti