YAP Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib

14:46 - 29 Noyabr 2018 - SİYASƏT

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Report”a açıqlamasında deyib ki, Azərbaycan qonşu dövlət kimi Gürcüstandakı prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşır.
“Bu, gürcü xalqının seçimidir, hörmətlə yanaşmaq lazımdır. Gürcüstanda xalq kimi dövlət başçısı görübsə, ona səs verib, prezident seçib. Azərbaycan da qonşu dövlət kimi ədalətli, qanuni seçilmiş şəxsi qəbul edir”-deyə, S.Novruzov qeyd edib.

Xəbər xətti