“Qarabağ” “Sportinq”ə qarşı

10:40 - 29 Noyabr 2018 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək. 

 E qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” Bakıda “Sportinq”i qəbul edəcək. Qurban Qurbanovun komandası  1/16 final şansını saxlamaq üçün Portuqaliyada 0:2 hesabı ilə uduzduğu rəqibinə mütləq qalib gəlməlidir. Əks halda Ağdam klubu qrupdan çıxmaq şansını itirəcək.
Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu London “Arsenal”ını qəbul edəcək.

29 noyabr
Avropa Liqası
E qrupu


21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya)

Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)
Bakı Olimpiya Stadionu. 

21:55."Vorskla" (Ukrayna) - "Arsenal" (İngiltərə)
qol.az

Xəbər xətti