"Sportinq"in baş məşqçisi: "Yaxşı komanda tək 11 futbolçudan ibarət deyil"

21:34 - 28 Noyabr 2018 - İDMAN

"Sabahkı oyunda məqsəd qalib gəlməkdir. Bu qələbəni yaxşı və baxımlı oyunla əldə etmək niyyətindəyik".

Bu fikirləri Portuqaliya "Sportinq"inin baş məşqçisi Marsel Kayzer "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Sabahkı oyunda qələbə qazanmasanız belə, növbəti mərhələyə adlaya bilərsiniz. Matça yanaşmanız necə olacaq?
- Əlbəttə, öz oyunumuza köklənəcəyik. Paralel oyunda bizim üçün münasib hesab qeydə alınsa, lap yaxşı olar. Amma biz öz oyunumuzla mərhələ adlamaq niyyətindəyik.

- Üç həftə ərzində bütün futbolçular haqqında hansı məlumat almısınız və oyun planında hansı dəyişikliklər etmək niyyətindəsiniz?
- Hər həftə nə isə öyrənirəm. Oyunda isə zamanla dəyişikliklər edəcəyik.

- Sizi ən çox təəccübləndirən hansı futbolçu oldu?
- Heç vaxt fərdi qaydada yanaşmıram. Oyunlara ümumi komanda şəklində yanaşır və müzakirə edirik.

- "Sportinq"in Avropa Liqasındakı matçlarını izlədikdə nələri gördünüz?
- Sabahkı oyunda əsas məsələ ruh yüksəkliyidir. Bunu komandadan gözləyirəm. Əməl olunsa, istəyimizə çata bilərik.

- Məğlubiyyəti düşünürsünüzmü?
- Hər iki komanda sabahkı oyunda qələbə üçün çıxış edəcək. Bu da oyunu maraqlı edir. "Qarabağ"ın üç oyununu izləmişəm. Maraqlı və müasir futbol oynayır.

- Rəqibiniz haqqında informasiya toplayarkən Qarabağ sözünün hansı anlam daşıdığını araşdırmısınızmı?
- “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin üç oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqqında eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir.

- Çoxlu itki ilə oynayacaqsınız. Əvvəllər belə halla üzləşmisinizmi və çıxış yolunu necə görürsünüz?
​- Yaxşı komanda tək 11 futbolçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Onlardan 19-nu bura gətirmişik və layiqincə çıxış edəcəklərinə inanırıq.report

Xəbər xətti