Ronaldo ÇL tarixinə düşdü

14:00 - 28 Noyabr 2018 - İDMAN

“Yuventus”un futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının tarixinə düşüb.

Portuqaliyalı ulduz turnirdə 100 qələbə qazanan ilk futbolçu olub. Yubiley qələbəsi “Valensiya” ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. “Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mandzukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.

Ronaldo Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.qafqazinfo

Xəbər xətti