UFC prezidenti: Nurməhəmmədov - Makqreqor döyüşü bütün rekordları qırdı

19:41 - 27 Noyabr 2018 - İDMAN

UFC prezidenti Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt yüngül çəkidə çempion titulunun sahibi Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb.“Report” xəbər verir ki, UFC rəhbəri ESPN-ə açıqlamasında 30 yaşlı rusiyalı idmançı ilə irlandiyalı Konor Makqreqor arasında revanş döyüşünün də keçirilməsini istisna etməyib. 

“Nurməhəmmədov - Makqreqor döyüşü bütün rekordları qırdı. Bu, möhtəşəm qarşılaşma idi. Həbib qalib gəldi və bu, o deməkdir ki, artıq amerikalılar - Toni Ferqyuson və Dastin Puarye ilə döyüşə, eləcə də Makreqor onunla revanş görüşü keçirə bilər”.

Xəbər xətti