Ana səhifə
25 Sentyabr 2018

Zakir Həsənov generalları korpus komandirlərini topladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə oktyabrın 10-da Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib. 

 

 



“Ucnota.az” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.

Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.

Tarix
10 Oktyabr 2014 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin