Konstitusiya Məhkəməsi Plenumunun qərarı onun iclaslarında qəbul edilən yazılı sənəddir

18:08 - 27 Noyabr 2018 - KİVDF

Konstitusiya Məhkəməsi Plenumunun qərarı 5 hakimin səs çoxluğu ilə qəbul edilir

Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.  Bu «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.4-cü maddəsi ilə tənzimlənir. Maddədə bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Qanunverici hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsi Ali Məhkəmənin Plenumuna həvalə edilib. Konstitusiya Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə işə Plenumda baxılmalı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  431-4.2.1 – 431-4.2.3-cü maddələrində maddələrində nəzərdə tutulmuş qərarlardan biri qəbul edilməlidir. Qanunun 431-4.2. maddəsində bildirilib ki, Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər), əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə, əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədəı qərarlardan birini qəbul edir.

Qeyd edək ki,  icraat institutu məhkəmə aktlarında müəyyən olunmuş pozuntuların müvafiq məhkəmə prosedurları üzrə aradan qaldırılmasına və Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq pozulmuş hüquq və azadlıqların bərpasına yönəlmişdir. 

Konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və  Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə  bərpa olunmalıdır. Bu zaman Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin nəzərə alınması, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi qərarın mahiyyəti, işin yenidən baxılmaq üçün hansı mərhələyə göndərilməsi, prosessual müddətlərə riayət edilməsi və s. məsələlər  böyük əhəmiyyət kəsb edir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: «hüquqi müəyyənlik res cudicata  prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti  işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır».

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun qəbul edə biləcəyi qərarın mahiyyətinin hüquqi baxımdan təhlil olunması üçün Konstitusiya Məhkəməsinin Plenumu milli qanunvericilikdə öz yerini tutmuş və mübahisəsiz qəbul olunan bəzi müddəalara istinad olunmasını məqsədəmüvafiq hesab edir.
Konstitusiya işinə baxılması nəticəsində qəbul olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarı iş üzrə məhkəmənin gəldiyi qənaəti əks etdirir. Bu qərar giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarət olmaqla, vahid sənəd kimi çıxış edir («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.1 və 65.1-ci maddələri). Qanunun 63-cü maddəsində Konstitusiya Məhkəməsi Plenumunun qərarı öz əksini tapıb. 1-ci bəndə bildirilib ki,  Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı sənəddir. Konstitusiya Məhkəməsi Plenumunun qərarı, Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunla başqa qayda nəzərdə tutulmayıbsa, 5 hakimin səs çoxluğu ilə qəbul edilir (63.2). 65-ci maddə ilə Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunu tənzimlənir və 1-ci bənddə bildirilib ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 
Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyini və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən  insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.

Konstitusiyanın 130-cu maddəsinin X hissəsi nəzərdə tutur ki, qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri).

66-cı maddənin 4-cü bəndində isə qeyd edilib ki,  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoci hallara da şamil edilməlidir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir.
Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan  məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir.

Qanunun  68-ci maddəsilə Konstitusiya Məhkəməsinin qərardadları tənzimlənir.  Maddədə bildirilib ki, Konstitusiya Məhkəməsinin palataları sorğunun, müraciətin və ya şikayətin baxılmaq üçün qəbul edilməsi barədə, Konstitusiya Məhkəməsinin Plenumu isə Plenumun iclaslarında yaranan məsələlərin həlli üçün və bu qanunla nəzərdə tutulmuş başqa hallarda qərardadlar qəbul edirlər. Konstitusiya Məhkəməsi Plenumunun qərardadları azı 5 hakimin səs çoxluğu ilə, palatalarının qərardadları isə hakimlərin səs çoxluğu ilə qəbul edilir. Konstitusiya işinə baxılarkən qəbul edilmiş qərardadlar Konstitusiya Məhkəməsi iclasının protokolunda əks olunur.Konstitusiya Məhkəməsi palatalarının və plenumunun qərardadları müvafiq olaraq sədrlik edən tərəfindən imzalanır və bir qayda olaraq, 5 gün müddətində Konstitusiya Məhkəməsinin iclaslarında elan edilir

Xəbər xətti