Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisi bağlanıb

19:39 - 26 Noyabr 2018 - DÜNYA

Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib.

​“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb. Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.

Xəbər xətti