Mingəçevirdə usta laqonda ilə qolunu və ayağını kəsib

11:29 - 25 Noyabr 2018 - HADİSƏ

Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, evlərdən birində təmir işləri görən 1981-ci il təvəllüdlü Sarıyev Etibar Vahid oğlu laqonda ilə ehtiyatsız davranaraq qolunu və ayağını kəsib. Xəstəxanaya aparılan yaralı dərhal əməliyyat olunub. Bununla belə vəziyyəti ağır olan şəxsin paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Xəbər xətti