Tramp hərbçilərin miqrantlara atəş açmasına icazə verdi

11:43 - 23 Noyabr 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp hərbçilərin miqrantlara atəş açmağına icazə verən fərman imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ lideri sərhəddəki hərbçilərə lazım gələrsə, miqrantlara güc tətbiq etməyə icazə verib.
“Başqa çıxış yolum yoxdur”, - deyə prezident qeyd edib.

Tramp bildirib ki, Ağ Ev miqrantlara nəzarət etmənin mümkünsüz olduğunu hesab edərsə, Meksika ilə sərhədi tamamilə bağlaya bilər.

Xəbər xətti