Piza qülləsi düzəlməyə başlayıb

20:49 - 22 Noyabr 2018 - MARAQLI

 İtaliyanın dünyaca məşhur Piza qülləsinin əyilmə bucağı getdikcə azalır.

 57 metrlik qüllə son 20 ildə əyilməsini 4 sm azaldaraq müəyyən qədər dikəlib. 1990-cı ildə konstruksiyanın tab gətirə bilməyəcəyi qorxusu ilə abidə 800 il ərzində ilk dəfə turistlər üçün bağlanıb. 1993-cü ildən 2001-ci ilədək ekspertlər Piza qülləsini dikəltməyə çalışıblar və onların səyləri nəticəsində əyilmə bucağını 45 sm azalda biliblər. Bu əməliyyat 225 milyon avroya başa gəlib.

​Qeyd edək ki, tikintisinə 1173-cü ildə başlanılan qüllə inşa olunduğu vaxtdan bəri “yıxılma” vəziyyətindədir. Belə ki, dünyaca məşhur abidənin üzərində dayandığı qum və gil qatı cənub tərəfindən daha yumşaq olduğundan qüllənin üçüncü mərtəbəsi inşa edilərkən torpaq qatı müəyyən qədər çöküb. Yıxılan qüllənin tikintisi 200 il davam edib.oxu.az

Xəbər xətti