Sabahdan Bakıətrafı qəsəbələrə avtobusların hərəkəti dəyişdirilir

12:30 - 22 Noyabr 2018 - Xəbər

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin müvəqqəti köçürüldüyü ərazidə işlər artıq yekunlaşıb.

BNA-dan Ucnoqta.az-a verilən məlumata görə, 23.11.2018 tarixində səhər saat 6-dan ətraf kənd və qəsəbələrə avtobuslar burdan hərəkət edəcək.

Qeyd edək ki, HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq. 

Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır.
Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb.

Xəbər xətti