Azərbaycanda 15 ildə nikahların sayı xeyli artıb

10:34 - 22 Noyabr 2018 - Cəmiyyət

"Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalıb, qeydə alınmış doğumların sayı isə 45 faiz artıb".

Bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib. Nazirin sözlərinə görə, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunub, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilib.

Nazir bildirib ki, ölkə başçısının təşəbbüsü ilə yaradılan və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb.

F.Məmmədov əlavə edib ki, mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin ötən dövrdə dəfələrlə çoxalması icra xidmətində də iş həcminin ilbəil artmasına səbəb olub, icra sənədlərinin sayı 2003-cü illə müqayisədə 15 dəfə çoxalaraq 2017-ci ildə 870 min təşkil edib.olke.az

Xəbər xətti