Rusiya baş kəşfiyyatçısı ölüb

10:22 - 22 Noyabr 2018 - DÜNYA

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov vəfat edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. O, uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, İqor Korobov 1956-cı ilin avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. O, 1973-cü ildən silahlı qüvvələrdə xidmət edib.

1985-ci ildə Sovet Ordusu Hərbi Akademiyasını bitirib və Baş Kəşfiyyat İdarəsi strukturunda işləməyə başlayıb. 2016-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

Xəbər xətti