Xaçmazda ağır yol qəzası: 1 ölü, 2 yaralı

22:01 - 21 Noyabr 2018 - HADİSƏ

Xaçmaz rayonunda avtomobil yol kənarındakı maneəyə çırpılıb, ölən və yaralananlar var.

Hadisə Xudat-Xaçmaz yolunda qeydə alınıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. Avtomobildə olan Xudat qəsəbəsi Kənd Xudat kənd sakini Ehtimal Bəxtiyar oğlu Əzizov ölüb, digər 2 nəfər Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılar müvafiq şöbələrə yerləşdirilib.

​Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti