Türkiyə Prezidenti: "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur"

21:05 - 21 Noyabr 2018 - DÜNYA

"Corc Soros dövlətləri dağıtmaqla məşğuldur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş və “Gəzi hərəkatı” adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

​Xatırladaq ki, 2013-cü ilin yayında İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.

Xəbər xətti