Yük maşınına arxadan toqquşan zaman ölüm buna görə baş verir - VİDEO

19:20 - 21 Noyabr 2018 - Xəbər

Bəzi sürücülər yük maşınında arxa mühafizə qurğusunu formal olaraq qoydurur

“Hyundai” şirkəti maraqlı test keçirib. Testdən belə aydın olur ki, bəzi yük avtomobillərində arxa mühafizə qurğusu varmış kimi quraşdırılır. Əslində isə standarta uyğun olmalıdır və kifayət qədər möhkəm dayaqlar əsasında yük maşınına bərkidilməldiir ki, arxadan dəyən minik maşınları yük maşınının altına girməsin. Çünki testdən də aydın şəkildə görsənir ki, minik maşını yük maşını ilə arxadan toqquşduqda mühafizə qurğusunu sındırıb maşının altına girəndə ölüm və xəsarət qaçılmazdır.
Amma arxa mühafizə qurğusu möhkəm olsa, o zaman minik maşını nə qədər yüksək sürətlə dəysə də, geriyə atılır. Yaranmış elastiklik onu geriyə atır və bu da maşında olan sürücü və sərnişinlərin yüngül xəsarəti ilə nəticələnir. Bir sözlə, yük maşınlarında arxa mühafizə qurğusu qəza zamanı ölüm və xəsarət hallarının qarşısını alır. Belə qurğuları quraşdırmadan idarə edilən yük maşınları Azərbaycanda da çoxdur.

Ümid edirik ki, bu görüntülərdən sonra onlar da öz avtomobillərinə mühafizə qurğusu quraşdırmış olacaqlar. Formal olaraq belə qurğu quraşdıranlar isə onun möhkəmliyinə və standarta uyğunluğuna diqqət etsinlər. Əks halda, bu cür qurğuların olmamasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulur.

Xəbər xətti