Ana səhifə Mobil versiya
17 Sentyabr 2019

Bu il BTC-nin əməliyyat xərcləri 14% azalıb

Bu ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 87 mln. dollar, əsaslı xərclərə isə təqribən 21 mln. dollar xərclənib.

“Report”un “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, BTC üzrə əməliyyat xərcləri ötən ilin üç rübü ilə müqayisədə 14 mln. dollar və ya 13,86% azalıb. Bu müddət ərzində əsaslı xərclər isə 2 mln. dollar və ya 10,53% artıb.
Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə 25 mln. tondan çox (təqribən 189 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənib. Bu, 2017-ci ilin üç rübü ilə müqayisədə 1 mln. ton və ya 3,85% azadır.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 3-cü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 408 mln. tondan artıq (3,1 mlrd. bareldən artıq) xam neft nəql edilib və Ceyhanda 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, "BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Equinor” (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), “ExxonMobil” (2,50%) və "ONGC (BTC) Ltd."(2,36%) şirkətləri çıxış edir.

Tarix
21 Noyabr 2018 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-21 18:07:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin