Rusiyaya 2 kq-dan çox qara kürü keçirmək cəhdinin qarşısı alınıb

13:34 - 21 Noyabr 2018 - Xəbər

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Kia Rio” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama nəticəsində nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, dörd ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd “Parliament Heets” və 200 ədəd “Parliament Compact” markalı siqaretlər, iki ədəd “Samsung Galaxy S9” markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti