Sədr müavini: “Azərbaycan xalqı YAP-ın fəaliyyətindən məmnundur”

13:08 - 21 Noyabr 2018 - Xəbər

 “Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının fəaliyyətindən məmnundur. Partiya 26 il müddətində qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gəlib. Partiya nüfuzlu təşkilat kimi özünü təsdiq edib. Hakim partiyada ölkə əhalisinin, demək olar ki, hər 10 nəfərindən biri təmsil olunur”.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – İcra katibi Əli Əhmədov YAP-ın yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən konfransda deyib. Onun sözlərinə görə, onların Yeni Azərbaycan Partiyasında birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.
O qeyd edib ki, bugün Azərbaycan dünyada nüfuzlu ölkələr sırasındadır: “Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir”.

Ə.Əhmədov vurğulayıb ki, YAP şanlı səhifələr yazmaqda davam edəcək: “İnanırıq ki, bu şərəfli tarix uzun illər davam edəcək. Bu müddət ərzində Azərbaycan xalqı partiyanın iqtidarda olmasının faydasını görəcək. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olması sabitlik, əmin-amanlıq deməkdir”.

Xəbər xətti